Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Sosial / Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar gecikir – FOTOLAR

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar gecikir – FOTOLAR

“Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb”.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

“Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur: H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi – 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi – 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi – Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var”, – deyə o qeyd edib.

Həmçinin oxuyun

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti …