Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Bakının bəzi hissələrində subasma təhlükəsi yaranıb

Bakının bəzi hissələrində subasma təhlükəsi yaranıb

Bakıda bir sıra subasma sahələrində gərginlik müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov özəl olaraq Trend-ə bildirib ki, Binəqədi rayonu, Binəqədi 1-ci mədən yaşayış sahəsində, həmçinin Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.

Onun sözlərinə görə, Sabunçu rayonu, Maştağa-Zabrat subasma sahəsi, “Daş karxanası” yaşayış massivi, “Şuşa” şəhərciyi, Zabrat-Məhəmmədi və “Savalan” subasma sahələrində də eyni səbəbdən subasma prosesinin dinamikasında stabil gərginlik qeydə alınır.

Ə.Qaralov bildirib ki, atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik Qala qəsəbəsindəki subasma sahəsində də müşahidə olunur.

Həmçinin oxuyun

Azərbaycanda üçəmlərin sayı artıb

Azərbaycanda əkiz və üçəm körpələrin dünyaya gəlməsi halları artıb. Azərbaycanda ötən il ərzində doğulan əkizlərin …