Ana səhifə / Sosial / Bakının ən çox narkotik satılan ərazisi açıqlandı

Bakının ən çox narkotik satılan ərazisi açıqlandı

Ötən il Bakıda narkotik vasitələrin dövriyyəsi ilə bağlı ən çox fakt Sabunçu rayonunda qeydə alınıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd olunub ki, 2021-ci il üzrə narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı Sabunçu rayonun 639 fakt, Suraxanı rayonunda 509 fakt, Binəqədi rayonu isə 481 fakt qeydə alınıb.

Sabunçu rayonu üzrə 432, Binəqədi rayonu üzrə 336, Suraxanı rayonu üzrə 288 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …