Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Sosial / Bakını tüstüyə boğan restoran sahibləri nazirliyin qərarlarına niyə məhəl qoyulmur? VİDEO

Bakını tüstüyə boğan restoran sahibləri nazirliyin qərarlarına niyə məhəl qoyulmur? VİDEO

Məlum olduğu kimi, bir neçə ay öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda havanın çirklənməsində rol oynayan restoran və kafe sahiblərinə ciddi xəbərdarlıq edərək, bu obyektlərdən çıxan tüstünün zərərsizləşdirilməsi üçün xüsusi avdanlıqların quraşdırılması ilə bağlı tapşırıq verdi. Eləcə də, xəbərdarlıqda bu qaydalara əməl etməyən şadlıq sarayları və restoranların cərimələnməsi də ciddi vurğulanırdı. 

Artıq bu xəbərdarlığın üzərindən 4 aydan artıq vaxt keçib. Bu müddət ərzində məsələ ilə bağlı əksər rayonlarda müşavirələr keçirilib, qərarlar qəbul edilib. Qeyd olunub ki, obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Problemi aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.

Nazirliyin nümayəndələri monitorinq keçirərək, havaya yaydığı tüstü ilə ekologiyaya ziyan vuran obyekt sahiblərinə cərimə tətbiq ediblər. Lakin buna baxmayaraq, hələ də qərara əməl etməyənlər var.

Musavat.com-un müxbiri mövzu ilə bağlı şəhərdəki vəziyyəti öyrənmək üçün kiçik bir monitorinq aparıb. Görəsən eklogiyanı çirkləndirən, havaya tüstü yayan şadlıq saraylarının sahibləri nazirliyin bu xəbərdarlığından bir nəticə çıxarıblarmı? Qurumun zəruri bildiyi xüsusi avadanlıqlardan istifadə edirlərmi?

Müşahidələrimiz zamanı ilk olaraq, restoranların ən sıx yerləşdiyi rayon olan Xətai rayonu ərazisində, xüsusən də “Ukrayna” dairəsi yaxınlığında bir neçə yerdən havaya qatı tüstü yayıldığının şahidi olduq. Yaxınlaşdıqca bu tüstünün həmin ərazidə yerləşən “Təbrik” şadlıq sarayından çıxdığı bəlli oldu.

Qeyd edək ki, axşam saatlarında restorandan çıxan tüstünün həcmi daha da artır. “Təbrik” şadlıq sarayında bir neçə iri ziyafət zalı olduğundan eyni vaxtda orada bir neçə toy-nişan məclisi keçirilir. Toyda yüzlərlə qonağa verilən kababın və müxtəlif yeməklərin bişirilməsi zamanı çıxan tüstü isə iki iri tüstü bacası ilə restoranın damından hava buraxılır. ‌Diqqət çəkən məqamlardan biri də tüstünün restoranın yaxınlığındakı yaşayış evlərinə yayılmasıdır.

Restoranın yaxınlığında yaşayan sakinlər də bu vəziyyətdən narazı qaldıqlarını dilə gətirdilər: “Restorandan bu qədər tüstünün çıxması ilk növbədə ekologiyaya zərər vurur. Bundan əlavə, biz sakinləri də narahat edir. Axşam saat 7-8 arası manqalı işə salırlar. Həmin saatlarda kabablar bişirilir. Göy üzünə elə bir tüstü topası dağılır ki, yaxınlıqda olan digər obyektlər, yaşayış binaları tüstü içərisində olur. Məcbur qalıb qapı-pəncərələri bağlayırıq. Xahiş edirik, buna bir çarə tapsınlar”.

Xatırladaq ki, may ayından etibarən müasir standartlara uyğun təmizləyici qurğuları olmayan obyektlərə edilən xəbərdarlığın müddəti sentyabrın 1-də bitib. “Report”un verdiyi xəbərə görə, 88 obyekt hələ də təmizləyici qurğu vasitəsilə tüstünün tənzimlənməsinə başlamayıb. Artıq bir neçə gündür Nazirliyin və icra hakimiyyətinin əməkdaşları birgə iş apararaq tapşırığa əməl etməyən obyektlərin cərimələnməsinə başlayıb.

     

VIPedu.BIZ

Həmçinin oxuyun

Deputat: “Qadınları niyə 65 yaşında pensiyaya çıxardıq?”

Deputat Vahid Əhmədov  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu ilin …