Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu – Tullantıların qoxusu

Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu – Tullantıların qoxusu

Bir neçə gündür ki, Nizami rayonu ərazisində mənbəyi məlum olmayan pis qoxu yayılır və sakinlərin narahatlığına səbəb olur.

Musavat.com xəbər verir ki, bu gün də səhər saatlarından etibarən hiss olunan qaz qoxusu hələ də çəkilməyib. Qaz və mazut qoxusu daha çox Babək prospekti tərəfdə hiss olunur, “Koroğlu” metrostansiyasına qədər geniş bir ərazini əhatə edir.

Rayonun Fəhlə prospekti istiqamətində yaşayan sakinlər də qoxunun orada da kəskin şəkildə hiss olunduğunu bildirirlər.

“Yeni Müsavat” redaksiyası da Nizami rayonunun “Neftçilər” metrostansiyasına yaxın ərazidə yerləşdiyindən kəskin qaz iyi burada da hiss olunub.

Картинки по запросу qaz qoxusu

Havadakı bu xoşagəlməz qoxunun Babək prospektində fəaliyyət göstərən Bakı Neft Emalı Zavodunda aparılan işlərlə əlaqəli olduğu güman edilir.

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən Nizami rayonu icra başçısının I müavini Qərib Məmmədov qaz qoxusunun yayılma səbəbini belə izah etdi: “Qoxunun yayılma səbəbi Babək prospektində yerləşən Neft Emalı Zavoundan tullantıların havaya buraxılması ilə bağlı ola bilər. Daha ətraflı məlumatı zavodla əlaqə saxlayıb öyrənmək olar. Bu tullantıların qoxusu ətrafa yayılır, bir müddətdən sonra çəkilir”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …