Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Bakıdan Qaxa getdilər, cərimələrdən yaxa qurtara bilmədilər – VİDEO

Bakıdan Qaxa getdilər, cərimələrdən yaxa qurtara bilmədilər – VİDEO

Qax rayonunda polis əməkdaşları tərəfindən sürücülər arasında reyd keçirilib.

Baku TV xəbər verir ki, reyd zamanı çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin, heç bir icazəsi olmayan sürücülərə rast gəlinib. 

Reyddə sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də, digər rayonlardan qaydaları pozaraq, şəxsi nəqliyyat vasitələri ilə istirahətə gedən sürücülər müxtəlif bəhanələr gətirərək, cərimələrdən yaxa qurtarmağa çalışsalar da, bunu bacara bilməyiblər. 

Karantin rejimi qaydalarını pozan 12 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Belə reydlər növbəti günlərdə də davam etdiriləcək.

Həmçinin oxuyun

Qanunsuz evlər hansı halda sökülə bilər?

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsə məxsus, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilən tikili …