Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıdan İslam Kərimovun dəfninə kim gedəcək?

Bakıdan İslam Kərimovun dəfninə kim gedəcək?

Özbəkistan hökuməti prezident İslam Kərimovun öldüyünü təsdiqləyib. 78 yaşlı cənab Kərimov keçən həftə beyin qansızmasının ardından xəstəxanaya çatdırılıb, lakin hökumət yalnız onun ağır xəstə olduğunu bildirib.

Yüksək ranqlı Azərbaycan diplomatı BBC Azərbaycancaya danışarkən, Prezident İlham Əliyevin dəfndə iştirakının mümkünlüyünü bildirib.

“Ölüm xəbərinin rəsmən təsdiq olunmasından sonra dəfn mərasimində Azərbaycan hansı səviyyədə təmsiil olunacaq” sualına bununla bağlı hələ ki qərar verilməsə də, diplomat xatırladıb ki, 2003-cü ildə prezident Heydər Əliyev vəfat edərkən dəfn mərasimində “Özbəkistan, prezident İslam Kərimov səviyyəsində təmsil olunmuşdu”.

Adının çəkilməsini istəməyən diplomat ölüm xəbəri rəsmən açıqlanmadan öncə bildirib: “Ölüm xəbəri rəsmən təsdiqlənməyib. Hətta Özbəkistanın dövlət müstəqilliyi günü ilə bağlı xarici ölkələrdə keçirilməsi gözlənilən rəsmi mərasimlər də ləğv olunmayıb və Azərbaycan diplomatları da o mərasimlərə qatılmaları ilə bağlı tapşırıq aliblar. Ona görə də bununla bağlı heç bir proqram məlum deyil”, mənbə bildirib.

Özbəksitan dövlət televiziyası bu gün ölüm xəbərindən daha öncə əyləncəli proqramlarını dayandırıb.

İslam Kərimov Özbəkistanı 1989-cu ildən bəri idarə edib.

Həmçinin izləyin: Özbəkistanın yeni rəhbəri “hakimiyyətini gücləndirməyə çalışacaq”

Türkiyədən başsağlığı

Türkiyə Baş Naziri Binali Yıldırım Özbəkistan Prezidenti İslam Kərimovun öldüyünü bəyan edib.

“Özbəkistan dövlət başçısı İslam Kərimov həyatını itirdi. Allahdan rəhmət diləyirik. Özbək xalqının acılarını paylaşırıq”, o deyib.

Bineli Yildirim

Cənab Yıldırım 65-ci hökumətin fəaliyyətinin 100-cü gününün dəyərləndirilməsi ilə bağlı keçirdiyi açıq toplantıda özbək liderin vəfatı ilə bağlı başsağlığı verib.

Ancaq bu xəbər hələ ki, Özbəkistan hökuməti tərəfindən təsdiqlənməyib. Bu gün Özbəkistan hökuməti İslam Kərimovun vəziyyətinin “kritik” olduğunu bildirib.

Bu arada ABŞ-da mülki aviasiyaya nəzarət edən Federal Aviasiya Administrasiyası bildirir ki, Özbəkistanın Səmərqənd şəhərindəki aeroportu şənbə günü, sentyabrın 3-də rəsmi təsdiqılənmişlərdən savayı bütün təyyarələr üçün qapalı olacaq. Bü günə icazələrin hamsı ləğv olunub, qurumun saytında bildirilir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın