Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Sosial / Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ – “Hər an faciə yaşana bilər” – VİDEO

Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ – “Hər an faciə yaşana bilər” – VİDEO

Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

İstifadəyə verilən yolda yenidən çatlar əmələ gəlib.

Bu çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov AZTV-yə bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır:

“Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir.

Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.

Həmçinin oxuyun

Zığ qəbiristanlığında dəhşətli mənzərə – Video

Əksər insanlar qəbiristanlığın yanından keçəndə vahimələnir. Hər nə qədər ölülərdən təhlükə gözlənilməsə də pisxoloji olaraq …