Cümə , Oktyabr 18 2019
Ana səhifə / Sosial / Bakıda zəhərli qarpızlar açıq satışda – VİDEO

Bakıda zəhərli qarpızlar açıq satışda – VİDEO

“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişi bu dəfə Bakının bir neçə bazarından görüntüləri tamaşaçılara təqdim edib.

Minval.İnfo xəbər verir ki, son zamanlar qarpızdan zəhərlənənlərin sayının artması Amil Xəlilin bazarlara üz tutmasına səbəb olub. Bu dəfə Amil tək olmayıb, yanında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da olub.

Xüsusi aparat vasitəsi ilə bazarlarda satılan qarpız və yemişlər yoxlanılıb. Nəticə isə insanları dəhşətə gətirib . Ən “yaxşı” göstərici bir qarpızda nitratların 2 qat çox olması olub. Bu onu göstərib ki, əgər bir adam tək bir qarpısı (red: həmin qarpızı) yeyərsə həmin gün zəhərlənə bilər.

Verilişdən maraqlı görüntüləri sizə təqdim edirik:

Qeyd edək ki veriliş həftə içi hər gün axşam saat 19:55 də Amil Xəlilin təqdimatında “Space” Tv-də yayımlanır. Verilişin informasiya dəstəkçisi Minval.info saytıdır.

Həmçinin oxuyun

Ötən il evlənmək məqsədilə 18 qız qaçırılıb

2018-ci ildə evlənmək məqsədilə adam oğurluğu üzrə 18 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Dövlət Statistika …