Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda yük avtomobili sərnişin avtobusuna çırpılıb, 5 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakıda yük avtomobili sərnişin avtobusuna çırpılıb, 5 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.

İlkin məlumata görə, qəza nəticəsində hadisə yerində 5 nəfər həlak olub.

***

Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var. Fotoları təqdim edirik

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …