Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / Bakıda yolları xüsusi texnikalar süpürəcək – DYP və BNA təklif verib

Bakıda yolları xüsusi texnikalar süpürəcək – DYP və BNA təklif verib

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisindəki yolların təmizlənməsi, süpürlmısi zamanı xüsusi texnikalardan istifadə edilməsi ilə bağlı təkliflər verib. Bu təkliflər hələ ötən il Bakı Nəqliyyat Agentliyinə göndərilib”.
Azinforum.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətində kommunal təsərrüfat işçilərinə xüsusi işıqqaytarıcı elementləri olan jiletlərin paylanılması mərasimində çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Eyvaz Şahverdiyev məlumat verib.
Onun sözlərinə görə, söhbət yüksək sürət tətbiq olunan yolların təmizlənməsindən gedir: “Son vaxtlar süpürgəçi qadınların avtomobillərlə vurulması halları yüksək sürətli yollarda baş verir. Təklif etmişik ki, həmin yolların süpürülməsini, təmizlənməsini xüsusi texnikalar vasitəsilə həyata keçirsinlər. Bununla həm qəzaların qarşısı alınmış olar, həm də kommunal təsərrüfat işçilərinin təhlükəsizliyi təmin edilər”.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) 15 noyabr 2016-cı il tarixində küçələrin təmizənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə Nazirlər Kabinetinə (NK) ünvanlandığı təkliflər hökumətdə qəbul edilib. Artıq NK bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb. Qeyd edək ki, müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməsinə dair məsələlər öz əksini tapıb.

Həmçinin oxuyun

Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) 3 tələbəsi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə ATU-nun mətbuat katibi …