Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda yol çökdü

Bakıda yol çökdü

Bu gün Binəqədi-Novxanı yolunun bir hissəsi çöküb. Hadisə nəticəsində yol bağlanıb.

Binəqədi-Novxanı yolunun bir hissəsində diametri beş metrə qədər olan çökmə baş verib.

İlkin məlumatlara görə, hadisəyə səbəb su xəttində baş verən qəza olub.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyib. Onun sözlərinə görə, bu gün günorta saatlarında ərazidə su borusu partlayıb:

“Günorta saat 14:00 radələrində Binəqədi-Novxanı avtomobil yolunun altından keçən su xəttində qəza olub. Qəza nəticəsində su avtomobil yolunun alt yatağını yuyub və yol çöküb.

Məlumat daxil olan kimi “Azərsu”nun qəza briqadasının əməkdaşları əraziyə yollanıb. Ərazidə tədbirlər görülür. Sabaha qədər, yəqin ki, işləri tam yekunlaşdıracaqlar”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …