Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib.

Görüləcək işlərlə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev özəl olaraq Trend-ə bildirib ki, hazırda bir neçə metro stansiyasının tikintisi davam etdirilir: “Hazırda paytaxtın Ceyhun Səlimov küçəsindəki “Bənövşəyi xətt” üzrə şərti adı “B3” olan metro stansiyası, “Xocahəsən” Elektrik Deposu, “Avtovağzal” stansiyasından “Xocahəsən” Elektrik Deposuna gedən tunel və “Həzi Aslanov-2” stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci “B3″ stansiyası istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiyanın bu il istifadəyə verilməsi gözlənilmir: “Ən birinci açacağımız “B3″ metro stansiyasının bu il istifadəyə verilməsi gözlənilmir. Əgər işlər qaydasında davam edərsə, stansiya gələn il istifadəyə verilə bilər”.

Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud – Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt – Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun

Azərbaycanda daha 4 267 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq …