Ana səhifə / Sosial / Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda iri və orta dayanacaq pavilyonlarının quraşdırılmasına 5 mln. 765,919 min manat yönəltməyi planlaşdırır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iri dayanacaq pavilyonlarının quraşdırılmasının təşkili ilə “SAR Qrup” MMC məşğul olacaq. Bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 mln. 49,71 min manatdır.

Bundan əlavə, orta dayanacaq pavilyonlarının quraşdırılmasını da “SAR Qrup” həyata keçirəcək. BNA ilə “SAR Qrup” arasında imzalanan müqavilənin dəyəri 2 mln. 518,71 min manat təşkil edir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …