Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda yenə leysan olacaq – Dolu, qar və çaylarda daşqın…

Bakıda yenə leysan olacaq – Dolu, qar və çaylarda daşqın…

Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Həmçinin oxuyun

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – Video

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir. Sürücü Aqil İsrafilov …