Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Koroğlu Rəhimov küçəsində baş verib.

Belə ki, 90 SZ 133 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobili idarə edən Paşayev Nəsimi Mahmud oğlu “Report”un hadisə yerində olan əməkdaşlarına bildirib ki, o avtomobili idarə edərkən qəfil arxa təkərlər yaş asfaltın üstündə sürüşüb.

Nəticədə avtomobil yol kənarında dayanan 90 ZS 994 dövlət qeydiyyat nişanlı “Jeep” markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra “Nissan” beton səkiyə çırpılıb. Nəticədə “Nissan”da olan iki İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobillər isə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü N.Paşayevin izahatı alınıb.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …