Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq – PROQNOZ

Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq – PROQNOZ

Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Azinforum.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə  yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə  3-5°, gündüz  9-13°, Bakıda gecə  3-5°, gündüz  10-12° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 29-dan dekabrın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  0-4°, gündüz  9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …