Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Sosial / Bakıda yağıntılı hava şəraiti ilə əlaqədar sürət həddi 20 km/saata endirilib

Bakıda yağıntılı hava şəraiti ilə əlaqədar sürət həddi 20 km/saata endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi – Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, – deyə agentlikdən bildirilib.

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – Faktiki hava

Ölkə ərazisində bu gün saat 21:00-a olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …