Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda vətəndaşın xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb – VİDEO

Bakıda vətəndaşın xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb – VİDEO

Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

Bu problemlə Binəqədi rayonu, Xocəsən qəsəbə sakini Emin Hüseynov qarşılaşıb.

Onun sözlərinə görə, son dəfə 4-5 il əvvəl arayış alarkən yaşadığı Həmid Sultanov küçəsi ev 24-də yoldaşı, iki oğlu və özü qeydiyyatda olub. Amma bir neçə gün əvvəl öyrənib ki, onlardan başqa şəxslər də həmin evdə qeydiyyatdadırlar. 17 nəfərin necə və nə zaman qeydiyyata düşməsi haqqında ev sahibinin məlumatı yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə münasibət bildirib və qeyd edib ki, fakt araşdırılır.

Ev sahibindən onu da öyrəndik ki, sözügedən qəsəbədə başqa ərazilərdə də Həmid Sultanov küçəsi var. Ola bilər ki, həmin ünvanlarla Emin Hüseynovun yaşadığı mənzilin ünvanı texniki baxımdan səhv düşüb. Hər halda bu məsələ araşdırılıb, vətəndaşın evində olan əlavə 17 nəfər qeydiyyatdan çıxarılacaq.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …