Şənbə , Fevral 16 2019
Ana səhifə / Sosial / Bakıda və Abşeronda son 120 ildə rekord temperatur göstəricisi qeydə alınıb

Bakıda və Abşeronda son 120 ildə rekord temperatur göstəricisi qeydə alınıb

Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41, 6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

Həmçinin oxuyun

Azərbaycan çaylarında son durum…

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya …