Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda uşaq bağçasında yanğın olub: Azyaşlılar təxliyyə edilib

Bakıda uşaq bağçasında yanğın olub: Azyaşlılar təxliyyə edilib

Bakının Sabunçu rayonunda yanğın olub.
Azinforum.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 430 kv.m olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 kv.m sahədə yanıb.
Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub. Xəsarət alan olmayıb.  Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …