Cümə , Aprel 26 2019
Ana səhifə / Sosial / Bakıda uşaq bağçasında yanğın olub: Azyaşlılar təxliyyə edilib

Bakıda uşaq bağçasında yanğın olub: Azyaşlılar təxliyyə edilib

Bakının Sabunçu rayonunda yanğın olub.
Azinforum.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 430 kv.m olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 kv.m sahədə yanıb.
Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub. Xəsarət alan olmayıb.  Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Əlilliyi olan şəxslərdən 200 nəfərə mənzil, 160 nəfərə avtomobil verilib

Azərbaycanda həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm …