Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Sosial / Bakıda ukraynalı uşaqlar üçün tibbi müayinələr təşkil olundu – FOTO

Bakıda ukraynalı uşaqlar üçün tibbi müayinələr təşkil olundu – FOTO

Bu gün Səhiyyə Nazirliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ukraynada baş verən müharibədən qaçqın düşərək Azərbaycana sığınan uşaqlar üçün tibbi müayinələr təşkil olunub.

Belə ki, aksiya çərçivəsində 50-dən çox uşaq müxtəlif tibbi müayinələrdən keçib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Klinikanın baş direktoru Fərid Eyvazov iştirak ediblər.

Səfir Vladislav Kanevskiy Azərbaycanda məskunlaşan ukraynalı ailələrə göstərilən qayğı, ölkəsinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirən səfir bu kimi tədbirlərin əvvəllər də təşkil olunduğunu qeyd edib. O, bildirib ki, Azərbaycanda məskunlaşan ukraynalı ailələrə və uşaqlara göstərilən qayğı Ukrayna hakimiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov Azərbaycan dövləti tərəfindən Ukraynadan qaçqın düşən ailələrə davamlı dəstək göstərildiyini bildirib. Qeyd edilib ki, uşaqların müayinəsinin məqsədi onların sağlamlığının qayğısına qalmaqdır. H.Cavadov müayinədə həmçinin Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərinin hazırda Bakıda olan uşaqlarının da iştirak etdiyini vurğulayıb.

Klinikanın baş direktoru F.Eyvazov Azərbaycan dovləti tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb və onların daima diqqət mırkəzində saxlanıldığını bildirib.

Həmçinin oxuyun

Saxta qızılla bağlı şikayətlər artır: Fərqi necə anlaya bilərik? – VİDEO

Qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır. Xezerxeber.az-ın məlumatına görə, bu hal son zamanlar ölkənin əmtəə …