Ana səhifə / Sosial / Bakıda üç məzun dənizdə boğuldu – VİDEO

Bakıda üç məzun dənizdə boğuldu – VİDEO

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

Oxu.Az xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olub.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Oğlanların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 saylı məktəbin məzunları olduğunu bildirilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

“Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …