Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / Bakıda tunelin üzərində asfalt örtüyü çöküb – VİDEO

Bakıda tunelin üzərində asfalt örtüyü çöküb – VİDEO

Sürücülərin ən çox istifadə etdikləri tunellərdən birinin üst hissəsində çökmə olub.


Çökmə hadisəsi paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən yol qovşağındakı tunelin üzərində qeydə alınıb.


Həmin ərazidə torpaq qatı çöküb və bu, bir neçə hissədə müşahidə olunub.

Sakinlər iddia edirlər ki, yağış yağan zaman tunelin üstü su ilə dolduğundan asfalt örtüyündə çökmə baş verir.

Bəs tunelin üzərində asflat qatının çökməsi tuneldən istifadə edən sürücülər üçün təhlükə yaradırmı?

Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən ”Xəzər Xəbər”ə bildirildi ki, çökmənin nə tunelə, nə də ki, tunelin dəmir-beton konstruksiyasına heç bir təsiri yoxdur. Sadəcə olaraq tunel inşa olunarkən onun üzərinə kənardan torpaq gətirilərək tökülüb ki, bunun da bir müddət sonra aşağı yatması təbiidir.

“Bununla belə, əməkdaşlar tərəfindən əraziyə baxış keçiriləcək və həmin hissə tezliklə bərpa ediləcək. Narahatlığa heç bir səbəb yoxdur”- deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, yol qovşağı 2014-ci ildə istifadəyə verilib.

Həmçinin oxuyun

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol …