Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda tüğyan edən şiddətli külək: şəhərdə ağac aşdı, dənizdə dalğalar şahə qalxıb

Bakıda tüğyan edən şiddətli külək: şəhərdə ağac aşdı, dənizdə dalğalar şahə qalxıb

Bu gün səhər saatlarından başlayan güclü külək Bakıda bir sıra fəsadlar törədib, ağacları qopararaq yola aşırıb. Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Xırdalan şəhərinin “Köhnə bazar” adlanan ərazisində dayanacaq aşıb. Hadisə nəticəsində yaxınlıqda avtomobillər saxlansa da, onlar onlar zərər çəkməyiblər.

Güclü külək həm də Nərimanov rayonunda, Aşıq Alı küçəsində ağacı aşırıb. Nəticədə yol bağlanıb.

Yasamal rayonu Zərdabi küçəsi, 3155-ci məhəllədə sağlam ağacın köhnə tikilinin üzərinə düşərək onu dağıdıb. Nizami rayonunda isə ağac elektrik xəttinin üzərinə üzərinə aşıb.

Hava şəraitinin kəskin dəyişməsi və küləkli keçməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də işəgötürənlərə müraciət edib. Müraciətdə bildirilib ki, şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir: “Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında küləyin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi ilə bağlı xəbərdarlıq yaymışdı. Məlumata görə, hazırda ölkə ərazisində Şimal-qərb küləyi Maştağada və Bakıda 30, Neft Daşlarında və Çilov adasında 29, Qum adasında 28, Pirallahıda 24, Binədə və Sumqayıtda 23, Ələtdə 20, Zabratda 19, Daşkəsəndə 30, Neftçalada 22, Xınalıqda 20, Biləsuvar və Şamaxıda 18 m/s-dək güclənib. Neft Daşları Stansiyasından alınan məlumatına əsasən dalğanın hündürlüyü 6,5 metrə çatıb.

G. Əliyeva

 

***13:37

Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən enib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hava şəraitinin qeyri-sabit keçməsi və güclü küləyin əsməsi ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən paytaxtdakı ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti 75-90 faiz arasında dəyişir.

“Bununla belə, paytaxtdakı ümumi təhsil müəssisələri təlim prosesini normal şəkildə davam etdirmək üçün tam hazırlıqlıdır. Təhsil Nazirliyinin 30-31 mart tarixlərində hava şəraiti ilə bağlı məlumatında qeyd olunduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsəcəyi haqqında xəbərdarlıq edib. Bununla bağlı xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərinə dərsə gedən övladlarını nəzarətdə saxlamaq və bütün şagirdlərə daha diqqətli olmaq tövsiyə edilib. Eyni zamanda, təhsil müəssisələrinin rəhbərlərinə göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri tapşırılıb”, – məlumatda bildirilib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …