Şənbə , İyul 24 2021
Ana səhifə / Sosial / Bakıda toya görə daha bir restoran icarədarı cərimələndi – VİDEO

Bakıda toya görə daha bir restoran icarədarı cərimələndi – VİDEO

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb. 

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən restoranda toy məclisinin keçirilməsi ilə bağlı görüntülər yayılmışdı.

https://ok.ru/videoembed/2312741456483

Həmçinin oxuyun

Azərbaycanda COVİD-19: yoluxma kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər …