Sosial şəbəkədə biz:

Bakıda torpaq kəskin bahalaşıb

Bakıda torpaq kəskin bahalaşıb

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Bu barədə "Report"a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc danışıb.

Onun sözlərinə görə, ən yüksək artım və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur.

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13% ), Nəsimidə isə 292 385 manat (+ 20% ) olub.

Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+ 25%), Xətai rayonunda 232 965 manat (+ 12%), Nizami rayonunda 63 842 manat (+ 18%), Binəqədi rayonunda 54 875 manat (+ 14%), Sabunçu rayonunda 46 352 manat (+ 10.5%), Xəzər rayonunda 25 988 manat (+ 11%), Suraxanı rayonunda 25 541 manat (+ 10%), Qaradağ rayonunda 14 971 manat (+ 7%), Pirallahı rayonunda isə 9 124 manat (+ 8%) olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol