Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Sosial / Bakıda tıxacda qalan taksi sürücüsü qaydaları belə pozdu (VİDEO)

Bakıda tıxacda qalan taksi sürücüsü qaydaları belə pozdu (VİDEO)

Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.
Yolun şəhərin mərkəzinə doğru olan hissəsində tez-tez uzunmüddət davam edən tıxaclar bəzən sürücülərin səbir kasasının dolmasına səbəb olub. Belə hallardan biri mayın 24-də yaşanıb. Belə ki, “Azneft” meydanına doğru yolun hərəkət zolağında xeyli tıxacda gözləyən taksi sürücüsü qaydaları pozaraq avtomobilini yolun ortasındakı ayırıcı zolağın üstünə çıxarıb. O, idarə etdiyi “Mercedes” markalı avtomobili hündürlüyü 20-25 sentimetr olan zolağın üzərinə çıxardıqdan sonra sürətlə hərəkət edərək ərazidən uzaqlaşıb.
Hadisəni əks etdirən videonu təqdim edirik. (Publika.az)

Həmçinin oxuyun

Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb. “Yeni Sabah”ın redaksiyasına …