Ana səhifə / Sosial / Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı – VİDEO

Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı – VİDEO

Paytaxtın Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi çərçivəsində aparılan işlər zamanı ətrafa toz-duman yayılıb.

Tozun yayılması həmin ünvanda yaşayan və işləyənlərin narahatlığına səbəb olub.

Vətəndaşların verdiyini məlumata görə, tikinti şirkətinin işçiləri tikilməkdə olan binada yığılan qum və digər tullantıları beşinci mərtəbədən ərazidə olan yük maşınına doldurmağa çalışıblar. Onlar tullantıları birbaşa beşinci mərtəbədən aşağı buraxıblar.

Elə bunun nəticəsində ətrafı toz-duman bürüyüb.

Vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …