Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda ticarət mərkəzi yanır – FOTOAR+VİDEO

Bakıda ticarət mərkəzi yanır – FOTOAR+VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***
(08:54)

Bakının Nizami rayonu ərazisində güclü yanğın başlayıb.

Hadisə 8-ci kilometr bazarının yaxınlığında yerləşən “Diqlas” ticarət mərkəzində qeydə alınıb. Əraziyə yanğınsöndürən briqadalar cəlb olunub.

Azvision.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ticarət mərkəzinə bitişik mağazalara da keçib. Bir neçə geyim mağazası tamamilə yanaraq külə dönüb. Hazırda yanğın hadisəsi davam edir. 

Azvision.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …