Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Sosial / Bakıda temperatur 12 dərəcəyə yüksələcək

Bakıda temperatur 12 dərəcəyə yüksələcək

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Həmçinin oxuyun

“Bu, dövlətə qarşı çıxmaqdır” – Sabir Rüstəmxanlı

“Bazarlarda, alış-veriş mərkəzlərində qiymətlər inhisar altındadır”. Bunu “Sabir Rüstəmxanlı söhbətləri”ndə bu dəfə ölkədəki bahalaşmadan danışılarkən …