Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda telefon qovşaqlarının adları dəyişdirildi

Bakıda telefon qovşaqlarının adları dəyişdirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Telefon Rabitəsi” MMC-nin strukturuna daxil olan telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında fəaliyyət göstərir. Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” ötən il iyulun 19-da “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin bazasında yaradılıb. Şirkət şəbəkəsinə daxil olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri Mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirməni və ödənişlərin qəbulunu həyata keçirir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …