Ana səhifə / Sosial / Bakıda taksilərin yerini “manatlıq” katerlər tuta bilər

Bakıda taksilərin yerini “manatlıq” katerlər tuta bilər

Bakıda sərnişindaşımada dəniz nəqliyyatından istifadə üçün şərait olduğu bildirilir.

Bəzi ekspertlərin fikrincə, Zığdan şəhərin Səbail rayonuna gəmi və katerlərlə sərnişindaşıma həyata keçirmək olar. Bunun üçün müvafiq infrastruktur yaradılmalıdır.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Quliyev “Cebhe.info”-ya bildirib ki, su nəqliyyatından istifadə etmək gözəldir, ancaq sərnişinlərin təhlükəsizliyi qorumaq vacibdir:

“Yol Hərəkəti Qaydaları”nın 56-cı maddəsində göstərilir ki, sərnişinlərin daşınması avtobusla, mexaniki nəqliyyat vasitəsiləri ilə ola bilər. Su nəqliyyatı haqqında hər hansı bir maddə yoxdur. Ancaq ümumən götürdükdə, su nəqliyyat vasitələri üçün şəraitin yaradılması çox gözəl bir təşəbbüs olardı, bunun üçün bütün imkanlar var. Mövcud imkanları dəyərləndirərək bu məsələyə baxıla bilər. Şəhərin bir bucağından digər bucağına sərnişin daşımanı həyata keçirmək mümkündür”.

Ekpsert qeyd edib ki, su nəqliyyatında sərnişinlərin təhlükəsizliyini təmin etmək mütləq amildir:

“Su nəqliyyatında çox güman kı, kiçik katerlərdən istifadə edilə bilər. Orada sərnişinlərin təhlükəsiz şəkildə getməsi üçün şərait yaradılmalıdır. Texniki təhlükəsizlik və əməyin mühafizəsi norma və qaydalarına riayət edilərsə,  su nəqliyyatının olması çox gözəl bir addım olardı”.

İqtisadçı-alim Vüqar Qocayev isə bildirib ki, su nəqliyyatından istifadə iqtisadi baxımdan çox əlverişlidir:

“Dünyadakı daşımaların əksəriyyətində su yolundan istifadə olunur. Ağır yüklərin çox böyük hissəsi su yolu ilə gedir. Adamların daşınması üçün də su yolundan istifadə etmək çox sərfərlidir. Bir katerin yanacaq sərfiyyatı 7-9 litrdir. Eynən avtomobildə olduğu kimi hesablanır”.

Ekspert hesab edir ki, istismara verilən katerlərdən ölkəmizə gətirilərsə, bu, tıxacların azalmasına müəyyən qədər təsir edə bilər:

“Ancaq burada ölkəmiz məsələyə daha geniş bucaqdan baxmalıdır. Çünki dəniz infrastrukturu yaradılarsa, burada bəzi “işbazlar” çoxlu sayda kater gətirərək icarəyə verəcək və taksilərdə olan əvvəlki xaotik vəziyyət dənizdə də baş verər. Hətta elə ola bilər ki, “manatlıq” katerlər də fəaliyyət göstərə bilər. Bu da su nəqliyyatında qəzaların sayını artırar”.

Həmçinin oxuyun

Qadınla kişinin ağıl müqayisəsində parkovka amili…

Hər zaman qarşılaşdığımız mənzərədir. Əlində sürücülük vəsiqəsi, altında gözəl maşını olan, hətta uzun illər boyu …