Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Bakıda taksidə uşaq dünyaya gəldi

Bakıda taksidə uşaq dünyaya gəldi

Bu gün Bakıda taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

Bu barədə şirkətin “Facebook” səhifəsində məlumat verilib:

“Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. Doqquz aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutur və qadın övladını avtomobildə dünyaya gətirir. Dərhal reaksiya verən sürücümüz yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır”.  /APA

Həmçinin oxuyun

Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq? – AÇIQLAMA

Qarabağ işğaldan azad olunandan sonra məcburi köçkünlərin öz doğma yurd-yuvalarına nə vaxt qayıdacağı ən çox …