Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Bakıda taksi qiymətləri bir gündə 2 dəfə bahalaşdı – VİDEO

Bakıda taksi qiymətləri bir gündə 2 dəfə bahalaşdı – VİDEO

Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.

Güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai naqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu…

Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar.

Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb.

Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi.

Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qiymətləri qurum tənzimləmir.

Həmçinin oxuyun

Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir – FOTO

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri …