Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Sosial / Bakıda təhlükəli eyvan: Hər an piyadaların üstünə aşa bilər – VİDEO

Bakıda təhlükəli eyvan: Hər an piyadaların üstünə aşa bilər – VİDEO

Bakıdakı evlərin birində eyvan aylardır ki, qəzalı vəziyyətdədir.

Eyvanın uçmaması üçün altına taxta dirək qoyulub. Ərazidən həm piyadalar, həm də sürücülər istifadə edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayonu, Əlövsət Quliyev 37 ünvanında yerləşən evin eyvanını yük maşını zədələyib.

Yasamal rayonu Mənzil-kommunal təsərrüfat birliyindən isə bildirilib ki, sözügedən ərazidə yoxlamalar aparılıb. Lazımi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Sakinlər ümid edirlər ki, aylardır, güclü küləklərə rəğmən quru taxtaya söykənərək ayaqda duran eyvan hər hansı hadisəyə səbəb olmadan təmir edilər.

Ətraflı süjetdə:

Həmçinin oxuyun

Xalq artisti Emin Ağalarov Bakıda 4 mərtəbəli avtodayanacaq tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” …