Ana səhifə / Sosial / Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi – FAKT

Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi – FAKT

Azərbaycanda işədüzəlmə ilə bağlı xoşagəlməz hal baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı və müvafiq “WhatsApp” yazışmasının surətlərini işə düzəlmək istəyən gənc qız sosial şəbəkələrdə yerləşdirib.

Xanımın sözlərinə görə, o, işədüzəltmə saytlarından birindən əldə etdiyi nömrəyə iş üçün müraciət etsə də, şirkət rəhbəri onunla münasibət qurmaq istəyib.

Yaşlı kişi “Whatsapp” yazışmasında qızın işlə bağlı mesajına cavab olaraq gözəl gözləri olduğunu və ona uyğun işin olacağını bildirib.

X.S. adlı şəxs (həmin şəxsin adı, soyadı, peşəsi və əlaqə nömrəsi bizə bəllidir – red.) bildirib ki, işə qəbul olunmaq üçün növbəti dəfə görüşə gəlməlidir.

Gənc qız işlə bağlı yenidən müraciət etsə də, şirkət rəhbəri “öpürəm” sözü ilə ona cavab verib. Qız yazdığına etiraz etsə də, yaşlı kişi “yüz cavana meydan oxuyaram” cümləsini yazıb.

Onların arasında keçən “WhatsApp” söhbəti sosial şəbəkədə yayılandan sonra rezonans doğurub.

Məsələ barədə X.S. ilə əlaqə saxlamağa cəhd göstərsək də, buna nail ola bilmədik.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …