Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Bakıda sahibsiz itlər vətəndaşa 10 000 manat ziyan vurdu (VİDEO)

Bakıda sahibsiz itlər vətəndaşa 10 000 manat ziyan vurdu (VİDEO)

Bakıda 20-ə yaxın keçi balasını sahibsiz itlər boğaraq təsərrüfat sahibinə ziyan vurub.

Hadisə dünən səhər saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.
Təsərrüfat sahibi Əfqan Albalıyevin sözlərinə görə, 20-ə yaxın keçi balasını fermadan çıxardaraq hasarla əhatələnmiş torpaq sahəsinə buraxıb. Bir müddət keçdikdən sonra keçi balalarına baxmağa gedən Əfqan Albalıyevin həyat yoldaşı gördüyü mənzərədən dəhşətə gəlib. Məlum olub ki, sahibsiz itlər keçi balalarını boğaraq öldürüblər.
Əfqan Albalıyev bildirib ki, ümumilikdə ona min manatdan çox ziyan dəyib.
Təsərrüfat sahibi ərazidə sahibsiz itlərə qarşı tədbir görüləcəyinə ümid edir. Məsələ ilə bağlı Sabunçu rayonu Pirşağı bələdiyyəsinə getsək də iş günü olmadığından bələdiyyədə heç kimi tapa bilmədik.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, zərərçəkmiş şəxs itlərin ərazidən götürülməsi üçün bələdiyyəyə müraciət etməlidir.

Həmçinin oxuyun

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

Nazirlər Kabinetinin bu günkü sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya …