Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Bakıda sahibsiz itlər bina sakinlərini evə “həbs etdilər” (VİDEO)

Bakıda sahibsiz itlər bina sakinlərini evə “həbs etdilər” (VİDEO)

Hövsan qəsəbəsində yaşayan sakinlər sahibsiz itlərin çox olmasından şikayətlənirlər. Qəsəbədə sahibsiz itlər o qədər çoxdur ki, hətta bəzi hallarda sakinlər binalarından çıxmaqda çətinlik çəkirlər. Ən böyük təhlükə isə sözsüz ki, uşaqlaradır.
Sahibsiz itlər sakinləri evlərinə “həbs edib”.
Görüntülər Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayış binalarının birinin qarşısında çəkilib. Binanın qarşısına yığışan onlarla sahibsiz it bloka girişi bağlayıb və ordan heç kimin çıxmasına imkan vermir.
Qəsəbə sakinləri itlərin əlindən cana doyduqlarını deyirlər.
İtlər təkcə binaların həyətlərində yox, qəsəbənin mərkəzi parkında istirahət edənlərə də təhlükə yaradır. İtlərin əsas hədəfi isə parkda oynayan azyaşlılardır.
Sakinlər dəfələrlə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq hələlik heç bir nəticəsinin olmadığını deyirlər. Ərazi üzrə 104 saylı Mənzil İstismar Sahəsinin rəsmiləri də itlərlə bağlı sakinlərdən onlara müraciət daxil olduğunu təsdiqlədilər.
Sakinlərin istəyi sahibsiz itlərin qısa zamanda ərazidən uzaqlaşdırılmasıdır.(Xəzər TV)


Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …