Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı (VİDEO)

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı (VİDEO)

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Bu gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq “Avtovağzal dairəsi” nin yaxınlığında yerləşən “Ozan” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.
Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.
Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir. (Musavat.com)


Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …