Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Bakıda sərnişin avtobusu evin üstünə düşdü (VİDEO)

Bakıda sərnişin avtobusu evin üstünə düşdü (VİDEO)

Bakıda sərnişin avtobusu evə çırpılıb.

Hadisə ötən gün axşam saatlarında Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində baş verib. Şahidlərin dediyinə görə, son dayanacaqda dayanan avtobus bir anda yoxuşdan üzü aşağı hərəkət etməyə başlayıb. Yolda avtomobilə dəyən avtobus aşağıdakı evlərdən birinin üstünə düşdükdən sonra dayanıb.

Həmin an ev sahibi mənzildə olduğunu deyib və hadisəni təsvir edib.

Hadisə şahidləri isə bildiriblər ki, avtobusda sərnişin və sürücü olmayıb.

Onlar, həmçinin bu ərazidə yol hərəkətinin düzgün təyin edilməməsi səbəbindən tez-tez qəza hallarının yaşandığını deyiblər.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün daşıyıcı şirkət tərəfindən əraziyə kran gətirilib.

Marşrut xəttinin “kalon” rəisi Ceyhun Qasımov “Xəzər Xəbər”ə bildirib ki, hadisə vaxtı xəsarət alan və ya ölən olmayıb.

Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Həmçinin oxuyun

Yatmağa yer tapmayan 10 uşaqlı ailə – VİDEO

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında Salyanda yaşayan …