Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Sosial / Bakıda səkinin üzərində pilləkənin tikilməsi piyadaları narahat edir – VİDEO

Bakıda səkinin üzərində pilləkənin tikilməsi piyadaları narahat edir – VİDEO

Bakıda piyada səkisinin üstündə pilləkən tikilib. Bu səbəbdən vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur qalırlar.

Nizami rayonu, Bəhruz Nuriyev küçəsində obyekt sahibinin tikdiyi pilləkən piyada səkisinin üzərində yerləşir. Bu isə piyadaların təhlükəsiz hərəkətinə mane olur.

Kafe sahibi isə çəkiliş aparıldığını bildiyi halda əraziyə gəlmədi. Ətrafdakı obyekt sahibləri zəng edib kafe sahibinə məlumat versələr də, o, bizimlə əlaqə saxlamadı.

Pilləkənin yaratdığı təhlükə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, həmin ərazi ilə bağlı təhlil aparılaraq fotoşəkil ilə birlikdə yerli icra orqanına göndərilib.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, kafe 15 il əvvəl tikilmiş sənədli obyektdir. Buna görə də pilləkənin sökülməsi ilə bağlı heç nə edə bilməzlər.

Həmçinin oxuyun

Azərbaycanda koronavira yoluxma kəskin artır

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 896 nəfər yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb. Nazirlər …