Çərşənbə , İyun 26 2019
Ana səhifə / Sosial / Bakıda səfillərin son sığınacağı, yaxud “insanı ruha çevirən qadın” – FOTOLAR

Bakıda səfillərin son sığınacağı, yaxud “insanı ruha çevirən qadın” – FOTOLAR

Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı insanda dəhşətli hisslər oyadır.

Sputnik Azərbaycan-ın fotomüxbiri insan sağlamlığı üçün riskli olan həmin sığınacağa gedib və oradan təsirli kadrları fotokamerasının yaddaşına köçürüb.

Xatırladaq ki, 2018-ci ilin mayında, məhz bu ünvanda Gəncə şəhərinin 1957-ci il təvəllüdlü sakini Quliyev Adil İbrahim oğlu vəfat etmişdi. “hostel” deyilən həmin yerdə kişi günə 2-3 manat verərək yaşayırmış. Səhəri gün morqa 150 min manat qiyməti olan “Audi” markalı avtomobillə bir kişi gəlib. O, işçilərə özünü təqdim edərək Quliyev Adilin oğlu olduğunu deyib və atasının meyitini dəfn etmək üçün aparmağa gəldiyini bildirib. O vaxtlar həmin tarixçə çoxlu səs-küyə və rezonansa səbəb olmuşdu. Və ictimaiyyətin diqqətini evsiz insanlara yönəltmişdi.

Əldə etdiyimiz məlumatlara görə, yerli sakin olan bir qadın sözügedən gecə sığınacağını günü 1-2 manata evsiz insanlara, eləcə də “Yaşıl bazar”ın rayondan gəlmiş və qalmağa yeri olmayan işçilərinə kirayəyə verir. Bunun üçün o, evinin zirzəmisində it damına bənzəyən otaqlar düzəltdirib və orada evsiz insanlar qalır.

Antisanitariyanın hökm sürdüyü, yaşayış üçün lazım olan adi şeylərin belə, olmadığı zirzəmidə səfillər çirkli döşəklərdə gecələyirlər. Çünki ilin soyuq vaxtlarında bu yer onlar üçün ən uyğun sığınacaq sayıla bilər.

Burada gecələyənlərdən biri respublika regionlarının birindən iş tapmaq üçün paytaxta gəlmiş Vəkalət adlı şəxsdir. Daimi iş yeri tapmadığından, o, burada gecələməli olub. İndi Vəkalət hər gün sözügedən zirzəmiyə aparan pilləkənin üstündə oturaraq gəlib-gedənləri seyr edir və bu çirkli sığınacaqda yaşayır.

Sığınacağın digər sakinləri müvəqqəti işlərdə işləyirlər. Məsələn, avtoyuyucuda maşın yuyur, yük daşıyır və qara fəhləliklə məşğul olurlar.

Hüquq-mühafizə orqanlarının işçiləri deyirlər ki, bu hostel bir çox insanın son sığınacağı olub. Buranın sakinlərini çox vaxt buradan birbaşa Patoloji Anatomiya Birliyinə (morqa) aparmalı olurlar. Ona görə də, gecə sığınacağının sahibi olan qadını polislər öz aralarında “insanı ruha çevirən qadın” adlandırırlar.

Yeri gəlmişkən, pullu gecə sığınacağının sahibi İ.M. ora gedən jurnalistlərə yumruq ataraq onları söyüb qovub. Lakin həmin vaxt müxbirimiz lazımi şəkilləri artıq çəkibmiş. Qadın iddia edib ki, o, səfillərdən onlara sığınacaq verdiyi üçün pul almır, əksinə, onları yeməklə təchiz edir.

“Hostel”in daimi sakinləri olan səfillər və qonşuluqda yaşayan insanların dediklərinə görə, həmin qadın daimi sakinləri günə 1 manata, “Yaşıl bazar”ın müvəqqəti işçisi olan fəhlələri isə günü 2-3 manata öz “hostel”ində saxlayır.

  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağıBakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağının sakini Vəkalət Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı Sığınacağın sakini Vəkalət Sığınacağın sakini Vəkalət
  • Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı
Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanındakı gecə sığınacağı

 

Həmçinin oxuyun

Azərbaycanda qara pomidor yetişdirilir – Fotolar + Video

Karvan L Eko MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu …