Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Bakıda qarın yaratdığı problemlərin lokal səbəbləri – Ekspert

Bakıda qarın yaratdığı problemlərin lokal səbəbləri – Ekspert

“Bakının infrastrukturu, alt yapısı 4 milyona yaxınlaşan şəhər əhalisini qaldıra bilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçının fikrincə, Bakıda qarın yaratdığı problemlərin bir sıra qlobal və lokal səbəbləri var:

“Bu səbəblər illərdir davam edir. Birincisi, Bakı şəhəri infrastruktur olaraq əhalinin sayına uyğun deyil. Artıq illərdir bu problemlə bağlı danışılır. Nə yollar, nə kommunikasiyalar- qaz kəmərləri, elektrik enerjisi, su boruları Bakıdakı əhali sayına uyğun deyil. Sovetlər sonunda Bakının Baş planında belə bir bənd vardı ki, 2020-ci ilə kimi Bakı əhalisi maksimum 2 milyon olmalıdır. Bu infrastruktur da həmin 2 milyon əhali üçün nəzərdə tutulub. Bundan sonra bu rəqəm ikiqat artıb. Bu qlobal səbəbdir. 
İkinci səbəb 1990-ci illərdə xaotik tikintilər aparıldı və bu zaman yol infrastrukturuna ziyan dəydi. Yollar daraldı, alternativ yolların çəkilməsinə imkanlar məhdudlaşdırıldı. Son zamanlar bununla bağlı şəhərdə müsbət dəyişikliklər də oldu. Şəhərin içində yolların bir az təsnifatı dəyişdi. Amma hər halda xaotik tikintilər zamanı tikilən yüzlərlə bina var ki, onu sökmək də mümkün deyil. Bu da qlobal səblərdən biridir”.
Natiq Cəfərli Bakı Böyük Şəhər Bələdiyyəsinin olmamasını da əsas səbəblərdən biri kimi önə çəkib:
“Seçkili orqanlar yoxdur, Bakı şəhərinin öz merini seçə bilmirik. Bakının öz merinin olmaması əhalini maraqlandıran suallara və məsələlərə operativ reaksiya verməyi gecikdirir. Yəni, seçilmiş mer olsaydı, düşünərdi ki, növbəti seçkilərdə səs qazanmaq üçün böyük iş görmək, səhərdən axşama kimi işləmək lazımdır. Necə ki, bunu biz Türkiyədə görə bilirik. Böyük şəhər bələdiyyələrinin yol infrastrukturunda rolu çoxdur və güclüdür. Bu siyasi-iqtisadi məsələlər bir-birinin üzərinə cəmlənəndə Bakıda bugünkü kimi qar yağıb şaxta olan kimi infrastruktur problemlərinin yaranmasına səbəb olur”. 
İqtisadçı hesab edir ki, bunun aradan qaldırılması üçün iqtisadi fürsətlərin geniş yayılmasını təşkil etmək lazımdır:
“Azərbaycanda iqtisadi fürsətlər Bakı və Abşeronda cəmləşir. Ümumdaxili məhsul, büdcə də burada formalaşır. Bir fürsət yaranıb ki, işğaldan azad olunan torpaqların məskunlaşdırılmasını ağılla və planlı şəkildə həyata keçirsək, Bakının yükü azala bilər. Bakının yükü azaldıqca, yəni, ən azı 1 milyon insan işğaldan azad olunan rayonlara köçürülərsə, Bakının infrastrukturla bağlı problemlərinin həllinə nail olmaq olar”.

Həmçinin oxuyun

Baş infeksionist: “O zaman rahat olacağıq ki…“

“Yeni növ koronavirus (COVID-19) infeksiyaya qarşı effektiv bir vasitə, antiviral preparat yoxdur. Belə situasiyada təbii …