Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda qanunsuz parklanmaya qarşı yeni üsul – Fotolar

Bakıda qanunsuz parklanmaya qarşı yeni üsul – Fotolar

Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına qarşı nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar videoçəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbehvermə haqqında qərar tərtib edə biləcək. 

Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …