Cümə , Dekabr 4 2020
Ana səhifə / Sosial / Bakıda qanunsuz dərman satışı ilə məşğul olan iş adamı həbs edildi — Məhkəmədə

Bakıda qanunsuz dərman satışı ilə məşğul olan iş adamı həbs edildi — Məhkəmədə

Bakıda qanunsuz olaraq külli miqdarda dərman vasitələrinin döviyyəsində təqsirli bilinən Xəyyam Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın xəbərinə görə, onun barəsində olan cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.


Cinayət işi araşdırılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.


İstintaq orqanı tərəfindən Xəyyam Hüseynovun barəsində Cinayət Məcəlləsinin 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …