Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda qadın sürücülər qəza törətdi – VİDEO

Bakıda qadın sürücülər qəza törətdi – VİDEO

Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Avtoqəza paytaxtın Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Yol ayrıcında “Nissan” markalı avtomobili idarə edən xanım sürücü digər eyni markalı avtomobili idarə edən xanıma yol verməyib.

Toqquşma zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sözügedən ərazidə gün ərzində üçüncü dəfədir yol qəzası baş verir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …