Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda qəza törədən “Porsche”ni kim sürüb? – Yenilənib

Bakıda qəza törədən “Porsche”ni kim sürüb? – Yenilənib

Bakıda gecə saatlarında “Porsche” markalı avtmobil qəza törədib.

Məlumata görə, hadisə saat 00:05 radələrində Yasamal rayonu, Nərimanov prospektində baş verib. Yayılan ilkin informasiyada və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib.

Lakin rəsmi sənədlərdə “Porsche”ni Teymur Əhmədovun sürdüyü qeyd edilib. 30 yaşlı T. Əhmədov yüksək sürətlə idarə etdiyi “Porsche Cayenne” markalı 10 BB 709 nörməli avtomobili diqqətinin yayınması nəticəsində yolun kənarındakı maneələrə çırpıb. Nəticədə avtomobil aşıb. Sürücü T.Əhmədov və avtomobildə olan həmyaşıdı qızlar – Gülüzə və Aytən bədən xəsarətləri alıblar. Onlar Travmatologiya İnstitutuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza haqda ilkin məlumatı APA yayıb. 

***

Əldə etdiyimiz məlumata görə, qəzaya düşən “Porsche” markalı 10 BB 709 nömrəli avtomobil Bağırlı Soltan İntiqam oğlunun adınadır.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …