Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda qəsəbə nümayəndəsi 2000 manat cərimələndi

Bakıda qəsəbə nümayəndəsi 2000 manat cərimələndi

Xəzər rayonunda keçirilən reyd zamanı Zirə qəsəbəsində yerləşən su kanalının ətrafında məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayon İcra Hakimiyyətinin Zirə qəsəbə nümayəndəsi F.Məlikov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmiş və 2000 manat məbləğində cərimələnib. Həmçinin həmin ərazinin təmizlənməsi tələb olunub.

Qısa müddətdə su kanalı və onun ətrafı təmizlənərək abadlaşdırılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …